Müdafiə Nazirliyi NTW-20 snayper tüfəngini nümayiş etdirdi – FOTO

Müdafiə Nazirliyi NTW-20 snayper tüfəngini nümayiş etdirdi – FOTO

Müdafiə Nazriliyi Azərbaycan Ordusunun silahlanmasına daxil olan yeni snayper tüfəngini ilk dəfə nümayiş etdirib.

"AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin bu gün yaydığı fotolardan göründüyü qədər CAR-ın "Denel” şirkətinin istehsalı olan 14.5 mm çaplı NTW-20 antimaterial snayer tüfəngi Azərbaycan Ordusunun silahlanmasına daxil olub.

İstehsalçı "Denel” şirkətinin yaydığı məlumata görə, 14.5×114 mm çaplı patronlarla atəş açan NTW-20 snayper tüfənginin lüləsinin uzunluğu 1220 mm, çəkisi 29 kq, effektiv atış məsafəsi 2300 metrdən çoxdur.

Qeyd edək ki, "Denel” rəsmiləri hələ 2013-cü ilin iyun ayında AZERİ DEFENCE-yə açıqlamalarında Azərbaycana NTW-20 snayper tüfənglərinin transferinə dair razılıq əldə olunduğunu bildirmişdilər.

Link: http://az.azeridefence.com/azrbaycan-ntw-20-snayper-tufngi-alir



Xəbər lenti