MSK-dan Rafael Cəbrayılovla bağlı AÇIQLAMA

MSK-dan Rafael Cəbrayılovla bağlı AÇIQLAMA
Deputat vəsiqəsini girov qoyub borc götürməklə gündəmə gələn Rafael Cəbrayılov bu gün Milli Məclisin üzvlüyündən istefa verib.

Deputat bu qərarı haqqında parlamentin rəhbərliyinə yazılı müraciət ünvanlayıb.

Deputatın mandatdan məhrum edilməsi ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul etməlidir.
Protokol qaydasına əsasən, müraciət Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinin 175-ci maddəsinə uyğun Mərkəzi Seçki Komissiyası deputatın mandatından məhrum edilməsi barədə qərar qəbul edir.

Mərkəzi Seçki Komissiyasından Modern.az-a verilən məlumata görə, hələlik bu məsələ ilə bağlı MSK-na müraciət daxil olmayıb:

"Deputatın məsələsi ilə bağlı Milli Məclisdən göndəriş daxil olduqdan sonra buna baxılıb, müvafiq qərar qəbul olunacaq”.

Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığını görən vətəndaş Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs - Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

loading...

Xəbər lenti