Mingəçevirdə qan qusan uşağı həkimlər xilas edə bilmədilər: səbəbi dəhşət doğurur

Mingəçevirdə qan qusan uşağı həkimlər xilas edə bilmədilər: səbəbi dəhşət doğurur
Uşağın valideynləri meyitin yarılmasına razı olmasalar da, ölüm səbəbinin araşdırılması üçün meyit Məhkəmə Tibbi Ekspertizasına təhvil verilib

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. Xəstəxanada müalicə alan Yevlax rayon sakini, 2013-cü il təvəllüdlü Dəniz Vasif oğlu İsmayıllı dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Sputnik Azərbaycan uşağın ölüm səbəbini araşdırmaq üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov ilə əlaqə saxlayıb.

K. Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dəniz Vasif oğlu İsmayıllı dünən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Amma xəstəxanaya çatdırıldıqda uşaq artıq keçinibmiş.

K. Ələkbərov bildirib ki, uşağın ölüm səbəbinin araşdırılması üçün meyit Məhkəmə Tibbi Ekspertizasına təhvil verilib: "Uşaq xəstəxanaya gətirildikdə artıq ölmüşdü. Bəzən belə hallar olur ki, uşağı xilas etmək üçün onu ölüm ayağında xəstəxanaya çatdırırlar. Biz ölümün səbəbini bilmirik. Bunu Məhkəmə Tibbi Ekspertizası araşdıracaq. Amma xəstənin yaxınlarının bildirdiyinə görə, uşaq qan qusub. Bundan sonra ölüm hadisəsi baş verib. Uşağın valideynləri meyitin yarılmasına razı olmasalar da, ölüm səbəbinin araşdırılması üçün meyit Məhkəmə Tibbi Ekspertizasına təhvil verilib".

K. Ələkbərov deyib ki, uşaq Yevlax şəhərindən yox, Xaldan qəsəbəsindən xəstəxanaya gətirilib.

Xaldan qəsəbəsi İcra nümayəndəsinin müavini Aqşin Məmmədov bildirib ki, Dəniz Vasif oğlu İsmayıllı təxminən bir həftə öncə qəpik udub. Valideynləri onu vaxtında həkimə aparmayıblar.

loading...

Xəbər lenti