Mikayıl Cabbarov konfransı təcili tərk etdi - FOTOLAR

Mikayıl Cabbarov konfransı təcili tərk etdi - FOTOLAR
Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.

Panorama.az unikal.org-a istinadən xəbər verir ki, konfransda nazirlər, komitə sədrləri, yüksək vəzifəli məmurlar və sahibkarlar iştirak edib.

Konfransın növbəti mərhələsində nazirlər sahibkarların suallarını cavablandırıb. Həmin vaxt maraqlı hadisə yaşanıb. Belə ki, tədbirdə iştirak edən vergilər naziri Mikayıl Cabbarovun telefonuna mesaj gəldikdən sonra o, konfransı tez tərk edib. 

10 dəqiqə konfransda oturan nazirin tədbirdə telefonla yazışması da diqqətlərdən yayınmayıb. 

Mikayıl Cabbarov gedəndən sonra isə onu müavini Sahib Ələkbərov əvəz edib.





Загрузка...

Xəbər lenti