Məsut Özil "Fənərbaxça"nın hədəfində

Məsut Özil
"Arsenal"ın futbolçusu Məsut Özil qışda "Fənərbaxça"ya keçə bilər.

Panorama.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi bu transfer üçün  fəaliyyətə başlayıb. Onlar "Arsenal"ın baş məşqçisi Unai Emerinin Özillə bağlı açıqlamasından sonra daha da ümidləniblər.

Emeri mətbuata verdiyi açıqlamada Məsutun əvəzedilməz futbolçu olmadığını bildirmişdi.

Qeyd edək ki, türkəsilli yarımmüdafiəçi mətbuata açıqlamasında "Fənərbaxça" azarkeşi olduğunu bildirib.

Xəbər lenti