Məşhur uyğur şairi Çin türməsində dünyasını dəyişdi

Məşhur uyğur şairi Çin türməsində dünyasını dəyişdi
Çində həbsxanalardan birində məşhur uyğur şairi və insan haqların uğrunda mübariz Əbdürrəhim Heyit dünyasını dəyişib.

Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, uyğur türklərinin nümayəndəsi Hamik Aksoyun sözlərinə görə, Heyit ikinci il idi ki, həbsdə idi. Çin hakimiyyəti onu son bəstəsinə görə 8 il müddətinə azadlıqdan məhrum etmişdi. "Biz Çin tərəfindən rəsmi məlumat gözləyirik”, - Aksoy bildirib.

Bəzi mənbələrin bildirdiyinə görə, Əbdürrəhim Heyitin ölümünə işgəncələr səbəb olub.

Türkiyə XİN Çin hökumətini uyğurların hüquqlarının pozulmasına görə ittiham edib və şairin taleyi ilə bağlı ən qısa zamanda byanat verilməsini istəyib.

loading...

Xəbər lenti