Məşhur müğənni psixiatriya xəstəxanasına yerləşdirilib

Məşhur müğənni psixiatriya xəstəxanasına yerləşdirilib
Amerikalı aktrisa və müğənni Selena Qomes növbəti dəfə əsəb pozuntusu səbəbindən xəstəxanaya düşüb. 

Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, 26 yaşlı müğənni son iki həftədə ikinci dəfə xəstəxanaya yerləşdirilib. 

Onu həkimə qohumlarından biri gətirib. Qomes tez-tez qanda leykositlərin sayının az olması səbəbindən sağlamlığının pisləşməsindən şikayət edir. 

Qeyd edilib ki, müğənni xəstəxananı tərk etmək istəsə də, həkimlər buna icazə verməyib. Hazırda Qomes psixiatriya müəssisələrindən birində müalicə olunur.
Загрузка...

Xəbər lenti