Məşhur aktrisanın səhhəti PİSLƏŞDİ — Təcili xəstəxanaya yerləşdirildi

Məşhur aktrisanın səhhəti PİSLƏŞDİ — Təcili xəstəxanaya yerləşdirildi
Keçən il kuşinq sindromu xəstəliyindən əməliyyat olunan Türkan Şorayın səhhəti ağırlaşıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bağırsaqlarına infeksiya düşən əfsanəvi kino ulduzu bazar ertəsi təcili xəstəxanaya yerləşdirilib. Türk kinosunun sultanı artıq 3 gündür ki, xəstəxanada müalicə alır. Bir müddətdir yemək yeməkdə çətinlik çəkən aktrisanın arıqladığı deyilir.

Xatırladaq ki, keçən ilki əməliyyatdan sonra Türkan Şoray 12 kq arıqlamışdı. Qeyd edək ki, kuşinq sindromu bədəndə həddindən artıq miqdarda kortizol hormonu istehsalı nəticəsində ortaya çıxan bir xəstəlikdir.

Xəbər lenti