Mərkəzi Bankın valyuta ehtiyatları dörd il sonra - PROQNOZ

Mərkəzi Bankın valyuta ehtiyatları dörd il sonra - PROQNOZ
"SP Global Ratings” Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 2022-ci ilədək 9 milyard 382 milyon dollara qədər artacağını açıqlayıb.

Oxu.Az  xəbər verir ki, agentliyin gözləntilərinə görə, AMB-nin valyuta ehtiyatları 2018-ci ildə 5 milyard 802 milyon dollara qədər artacaq.

Ehtiyatlar 2019-cu ilin sonunda 6 milyard 987 milyon dollar, 2020-ci ilin sonunda 8 milyard 167 dollar təşkil edəcək. 

AMB-nin valyuta ehtiyatları iyulun 1-nə 5 milyard 512,7 milyon dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 548 milyon 6 min dollar, iyunun 1-i ilə müqayisədə 41 milyon 3 min dollar çoxdur.
Загрузка...

Xəbər lenti