Masazırda bir ailə yol qəzasına düşdü

Masazırda bir ailə yol qəzasına düşdü
Abşeron rayonunun Masazır qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Əhmədov Səxavət Yusifəli oğlu, həyat yoldaşı Əhmədova Səadət Nurəddin qızı və övladları - 2018-ci il təvəllüdlü Əhmədli Nihat Səxavət oğlu, 2011-ci il təvəllüdlü Əhmədli İntizar Səxavət qızı hadisə zamanı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar. Səxavət Əhmədova döş qəfəsinin küt travması, Səadət Əhmədovaya burun əziyi, uşaqlara isə bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozları qoyulub.

loading...

Xəbər lenti