"Mançester Siti" "Çelsi"ni 6:0 hesabı ilə darmadağın etdi (VİDEO)

İngiltərə Premyer Liqasında XVI turun oyunları keçirilib. 

Qaynarinfo xəbər verir ki, "Mançester Siti” bu turda "Çelsi"nin qəbul edib. Oyun "şəhərlilər"in 6:0 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Siti"nin heyətində Serxio Aquero het-trik, Rahem Sterlinq dubl edib, İlkay Gündoğan bir qol vurub. 

Bununla da Serxio Aquero rekorda imza atıb. Matçda 3 qol vuran argentinalı forvard Premyer Liqadakı het-trik sayını 11-ə çatdırıb. Bununla da o, Alan Şirerə məxsus rekordu qırıb. Bu onun cari mövsüm 3-cü het-trikidi.

Qeyd edək ki, "Mançester Siti" 27 oyundan sonra 65 xalla turnir cədvəlinə başçılıq edir. 26 oyun keçirmiş "Liverpul"un da xalları eynidi. "Çelsi" isə 26 matçdan sonra "Arsenal"la 5-6-cı pillələri bölüşür.
 

loading...

Xəbər lenti