Ölülərin paltarlarını geyinən 23 yaşlı qız: "Sinif yoldaşlarımın zibilə atdığı yeməkləri..." - FOTO

Ölülərin paltarlarını geyinən 23 yaşlı qız:
Anadangəlmə bud-çanaq oynaq çıxığı xəstəliyindən əziyyət çəkən 23 yaşlı qızın sözləri hər kəsi göz yaşına boğub. 

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı Birsən Taş bildirib ki, ailəsi kasıb olduğu üçün uşaqlıqdan ölülərin paltarlarını geyinərək böyüyüb: " Oxuyub həkim olmaq istəyirdim. Amma olmadı. Mən də sağalıb hər kəs kimi sağlam olmaq istəyirəm. Mənim həyatım film kimidir. Yaşadığım həyat acınacaqlıdır. Uşaqlıqdan ələ salınıb, döyüldüm. Anam bizi ölülərin paltarını geyindirərək böyütdü. 23 yaşım var. Hələ də bir ölünün çarpayısında yatıram. Məktəbdə gizlincə sinif yoldaşlarımın atdığı yeməkləri yeyirdim. Heç kim maraqlanmadı. Ona görə şikəst qaldım. Hansı həkimə getdimsə mənə bir çarə edən olmadı. Ayağıma görə çölə çıxa və bir iş görə bilmirəm. Mənim də xəyallarım var. Gənc qızam. Evlənib gəlinlik geyinmək istəyirəm. Xeyirsevər insanların pulları ilə həkimə gedirəm. Biz evdə 5 uşağıq. Dördümüz əlilik. Onların yaxşı yaşamasını, hər kəs kimi yeyib, içməyini istəyirəm. Bütün həkimlərə səslənirəm. Mənim xəstəliyimə artıq bir çarə tapsınlar”.

Qeyd edək ki, Rabia və Rəcəb Taş cütlüyünün 5 uşağından biri olan Birsən Taş anası evdə doğum edən zaman o, bud-çanaq oynaq çıxığı ilə dünyaya gəlib. 
Загрузка...

Xəbər lenti