Ölkədə bir milyarder var idi, onu da oğurladılar

Ölkədə bir milyarder var idi, onu da oğurladılar
Tanzaniyalı biznesmen Məhəmməd Dyuci oktyabrın 11-də ölkənin ən böyük şəhəri olan Dar-əs-Salamda oğurlanıb.

Yenicag.az xəbər verir ki, biznesmen məşq etmək üçün şəhərin nüfuzlu otellərinin birində yerləşən idman zalına gedərkən bir neçə naməlum şəxsin hücumuna məruz qalıb. Onu zorla avtomobilə mindirib və naməlum istiqamətdə aparıblar.

Yerli polis bütün aeroportları və şəhərdən çıxış yollarını bağlayıb. Hadisə ilə əlaqədar üç nəfərin saxlandığı, onlardan ikisinin xarici ölkə vətəndaşı olduğu bildirilir.

"Forbes” jurnalı 43 yaşlı Dyucini Afrikanın ən gənc və Tanzaniyanın yeganə milyarderi adlandırır. Varidatı 1,5 milyard dollar həcmində qiymətləndirilən gənc milyarder 1970-ci ildə atası tərəfindən əsası qoyulan "METL Group” kompaniyasına rəhbərlik edir. Kompaniya ticarət, telekommunikasiya, maliyyə xidmətləri, energetika, logistika və digər istiqamətlərdə fəaliyyət göstərir.

Dyuci 2005-2015-ci illərdə Tanzaniyanın hakim "Çama Ça Mapinduzi” partiyasından deputat seçilib. O, 2016-cı ildə varidatının azı yarısını xeyriyyə məqsədlərinə xərcləməyi vəd edib.


Xəbər lenti