KTMT: Birgə səylər Qarabağda gərginliyin azalmasına gətirib çıxardı

KTMT: Birgə səylər Qarabağda gərginliyin azalmasına gətirib çıxardı
Beynəlxalq vasitəçilərin və region ölkələrinin birgə səyləri Dağlıq Qarabağ ətrafında dialoqun aktivləşməsinə, eləcə də, gərginliyin azalmasına gətirib çıxarıb. 

News.am xəbər verir ki, bu fikirləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov fevralın 6-da baş tutan Yerevan – Moskva – Minsk – Bişkek – Astana videokörpüsü zamanı deyib. 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərliyi arasında müntəzəm görüşlər prosesin sülh yolu ilə həlli üçün vacib olan şərtlərin yaradılması və etimadın möhkəmləndirilməsi istiqamətində tədbirlərin görülməsi üzrə müəyyən razılaşmalar əldə etməyə imkan verib. 

"Son onillikdə ilk dəfə olaraq yüksək səviyyədə bağlantılar qurulub”, - o əlavə edib. 

oxu.az
loading...

Xəbər lenti