Kardioloqlar narda təzyiqi salan maddə tapdılar – Ulu babalarımız çoxdan bilirdilər

Kardioloqlar narda təzyiqi salan maddə tapdılar – Ulu babalarımız çoxdan bilirdilər
Həkimlər bildirir ki, yüksək təzyiqlə mübarizə aparmaq üçün tərkibində kaliy olan qidalar seçilməlidir. Bu qidalardan biri də  banandır. Bir bananda 422 mq kaliy vardır. 

Medicina.az xəbər verir ki, ekspertlər yeni elmi təcrübəyə əsasən bananın yerini nara verməyi düşünürlər. Çox az adam bilir ki, bir orta narda daha çox 660 mq kaliy vardır. 

Elmi araşdırmada iştirak etmiş 54 könüllüyə gündə 150 ml nar şirəsi veriblər. 2 həftə ərzində onların təzyiqi ölçülüb. Nəticədə nar suyu nəticəsində təzyiq göstəricilərinin kifayət qədər aşağı düşməsi qeydə alınıb. Eləcə də nar şirəsinin ürəyə qan axını və ürək ritminə müsbət təsir etməsi də sübut olunub.

Bu günə qədər nar şirəsinin prostat, yüksək xolesterin və II tip diabetdə də faydalı olduğu sübut olunmuşdu.

loading...

Xəbər lenti