Kadırovun Şeyx Şamil haqda dedikləri Dağıstanda narazılığa səbəb oldu

Kadırovun Şeyx Şamil haqda dedikləri Dağıstanda narazılığa səbəb oldu
Çeçenistan Prezidenti Ramzan Kadırovun Şeyx Şamil haqda səsləndirdiyi fikirlər Dağıstanda narazılığa səbəb olub. 

Panorama.az APA-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə 30-a yaxın Mahaçqala sakininin Avar teatrı yaxınlığında meydana çıxmasını özündə əks etdirən görüntülər yayılıb.

Mahaçqala sakinləri R. Kadırovun fikirlərinə etiraz olaraq meydana yığışıblar.

Sakinlər sahə müvəkkili ilə söhbətdən sonra dağılışıblar.

Qeyd edək ki, R. Kadırov "Çeçenistan bu gün” nəşrinə müsahibəsində Şeyx Şamilin XIX əsrdə apardığı mübarizənin çeçen xalqının sayının azalmasına gətirib çıxardığını bildirib. R. Kadırovun məlum açıqlamasından sonra Mahaçqalanın meri Salman Dadayev və yüngül çəki dərəcəsində UFC kəmərinin sahibi Həbib Nurməhəmmədov ona etiraz ediblər.

Qeyd edək ki, Şeyx Şamil XIX əsrdə çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparıb. 

loading...

Xəbər lenti