İstanbulun yeni hava limanından Bakıya ilk reysin TARİXİ açıqlandı

İstanbulun yeni hava limanından Bakıya ilk reysin TARİXİ açıqlandı
İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək.

Bu barədə Türkiyə Baş Dövlət Hava Limanları İdarəsinin (DHMİ) məlumatında bildirilir.

Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.

İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq.

Bakıya aviabiletlərin satışına isə ötən gündən başlanıb.

Qeyd edək ki, Türkiyədən 282 istiqamətdə uçuşlar həyata keçirilir. Yeni aeroportun istismara verilməsi ilə bu göstərici 350 olacaq.


Trend.az

Загрузка...

Xəbər lenti