İspaniya qırıcısı Estoniyada səhvən raket buraxdı

İspaniya qırıcısı Estoniyada səhvən raket buraxdı
NATO missiyasının tərkibinə daxil olan İspaniya HHQ-in "Eurofighter" qırıcısı səhvə yol verib.

Trend-in verdiyi məlumata əsasən, qırıcı səhvən Estoniyanın hava məkanında "hava-hava"sinfindən olan "AMRAAM" döyüş raketi buraxıb.

Raketin uçuş trayektoriyası, statusu və mövqeyi məlum deyil. Hadisə yerli vaxtla 15:44-də baş verib.


Xəbər lenti