İsmayıllıdakı “Kartof festivalı”nda zəhərlənmə: 7 nəfər xəstəxanaya aparıldı

İsmayıllıdakı “Kartof festivalı”nda zəhərlənmə: 7 nəfər xəstəxanaya aparıldı
İsmayıllı rayonunda kütləvi zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 3 kişi, 4 qadın gətirilib.

Xəstəxananın baş həkimi Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaq. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

Zəhərlənənlərin rayonda keçirilən "Kartof festivalı”nın iştirakçıları olduğu bildirilir. İlkin məlumatda zəhərlənmənin festivalda satılan dönərdən baş verdiyi ehtimal olunur.
loading...

Xəbər lenti