İrəvan 5 milyard dollar müqabilində 5 rayonu geri qaytarır?

İrəvan 5 milyard dollar müqabilində 5 rayonu geri qaytarır?
Rusiyanın məşhur "Nezavisimaya Qazeta” nəşri Kremlin hazırkı sahibi Vladimir Putinin İrəvana səfəri ərəfəsində rus-erməni münasibətlərini şərh edən məqalə yayıb.
"Yeni Sabah” xəbər verir ki, məqalədə sensasiya sayıla biləcək məlumatlar yer alıb. Qəzet yazır ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla onun kürəkəni Mikael Minasyanın layihəsidir. Layihənin kuliminasiya nöqtəsi Ermənistanın Vatikandakı səfiri olmuş Minasyanın hakimiyyətə gətirilməsidir. 

Onun vəzifələrindən biri isə xarici işlər naziri Mais Mailyanı qondarma Dağlıq Qarabağ Respublikasının rəhbrəliyinə gətirməkdir. Mailyan hazırda qondarma rejimin xarici işlər naziridir. Bundan sonra beş rayon 5 milyard dollar müqabilində Azərbaycana qaytarıla bilər. Bu, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Con Boltonun planıdır.

"Ermənistanın xarici işlər naziri Mnaskanyan 2019-cu ilin yayında Vaşinqtonda beş rayonun qaytarılması müqabilində 5 milyard dollar almağa razılıq verib”, - qəzet yazır.

Məsələni "Yeni Sabah”a şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, beş rayonun 5 miliyard dollar müqabilində Azərbaycana qaytarılması iddiası ağlabatan deyil.

"Doğrudur, Bolton İrəvanda belə bir fikir işlətmişdi ki, əgər Ermənistan iqtisadi problemlərinin həllini istəyirsə, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmalıdır. Aydındır ki, bunun üçün də Dağlıq Qarabağ münaqişəsi həll olunmalı və Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Amma inandırıcı deyil ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi 5 milyard dollar müqabilində beş rayonun geri qaytarılması təklifini irəli sürsün. Fikrimcə, bu məqalə ABŞ-ın və Paşinyanın mövqelərinə zərbə vurmaq məqsədi daşıyır”,- deyə politoloq bildirib.

 

loading...

Xəbər lenti