İranın Xəzər sahillərində dağıdıcı daşqınlar

İranın Xəzər sahillərində dağıdıcı daşqınlar
İranın Xəzər dənizi sahilində yerləşən Mazandaran vilayətində baş verən daşqınlar ümumilikdə ölkəyə 7 trilyon rial (116 milyon dollar) ziyan vurub. 

Oxu.Az "Tehran Times” nəşrinə istinadla xəbər verir ki, daşqınlar infrastruktur obyektlərini, yaşayış evlərini, yolları və kənd təsərrüfatını dağıdıb. 

Daşqınlara ötən həftə yağan güclü yağışlar səbəb olub. Təbiət hadisəsi zamanı azı beş nəfər ölüb. 

Vilayətin qubernatoru Məhəmməd Eslaminin sözlərinə görə, daşqınlar zamanı 2650 evə ciddi ziyan dəyib, onlardan 82-si tamamilə dağılıb. 
Загрузка...

Xəbər lenti