İran səfalət astanasında: qiymətlər 200% qalxdı

İran səfalət astanasında: qiymətlər 200% qalxdı
İranda qida məhsullarının qiyməti həddən artıq artıb.
 
Panorama.az Axar.az-a istinadən xəbər verir ki, bunu mediaya açıqlamasında İranın Statistika Mərkəzinin direktor müavini Cavad Hüseynzadə deyib. Onun sözlərinə görə, xüsusilə ətin qiymətində 70% artım müşahidə edilib. Belə ki, ölkədə satılan qoyun ətinin qiyməti 490 min rialdan (11,6 dollar) 995 min riala (23,6 dollar) qədər artıb. Ölkədə inflyasiya isə 39,6%-ə çatıb.

"Qida məhsulları 57,5%, digər məhsullar 32%, məişət texnikası 82%, pomidor 200%-ə qədər, su və elektrikin qiyməti isə 14% bahalaşıb", - deyə Hüseynzadə bildirib.


loading...

Xəbər lenti