“iPhone” və “iPad” sahiblərinə MÜJDƏ

“iPhone” və “iPad” sahiblərinə MÜJDƏ
"Apple”, "iPhone” və "iPad” üçün "iOS” 11.4 yenilənməsi yayımlanıb.
"Ölkə.Az” xəbər verir ki, "Apple” şirkəti gələn həftə "iOS 12”nin təqdimatını keçirəcək. Amma bundan əvvəl yayımlanan "iOS 11.4” tətbiqi "AirPlay2” və "iCloud”dakı ismarış xüsusiyyətlərini "iPad” və "iPhone”lara gətirib.

"AirPlay 2” və "HomePod” smart səsucaldanları çoxlu otaq və stereo səs sitemlərinin qurulmasına şərait yaradır. "AirPlay 2” eyni zamanda "Apple TV” ilə də uyğunlaşır. "iPhone” və "iPad”lərlə də idarə edilə bilir.
Digər xüsusiyyət isə "iCloud”dakı ismarışlardır. Mesaj və fotoları, videoları "iCloud”da saxlamağa imkan verir. "iMessage” hesabı isə yeni bir mobil telefona giriş edəndəı bütün ismarışları avtomatik görməyə imkan verir.

Xəbər lenti