"İnstaqram"da gözlənilən funksiya AKTİVLƏŞDİ

"Instaqram”da daha bir yenilik istifadəçilərin ixtiyarına verildi.

Publika.az xəbər verir ki, yeni funksiyanın əsas əhəmiyyəti sosial şəbəkədəki hesabın yoxlanılmasıdır. Bunun üçün istifadəçilər öz informasiyaları düzgün daxil etməlidir.

Proqramın işə düşməsi üçün istifadəçinin kimliyini təsdiq edən sənədi təqdim etmələri önəmlidir. Bütün sorğuya göndərilən hesabların yoxlanılmasına zəmanət verilmir. Şərtlərə əsasən, yoxlama aparılarkən, hesabların xidmət normalarına və qaydalara uyğun olması önəmli götürülür.

Bundan başqa, "Instaqram” hesabın yoxlanılması ilə bağlı qərar çıxararkən hər bir hesabın həqiqiliyi, unikallığı, bütövlüyü və populyarlığını nəzərə alacaq. Şəbəkə istifadəçiləri öz hesabları ilə yanaşı "Instaqram” xidmətində populyar hesablar haqda informasiya əldə edə biləcəklər.

Xəbər lenti