İnsan ömrünü uzadan içkinin adı açıqlandı – 15 illik tədqiqatın nəticəsi

İnsan ömrünü uzadan içkinin adı açıqlandı – 15 illik tədqiqatın nəticəsi
Kaliforniya Universitetinin elm adamlarının fikrincə, çaxır insan orqanizmi üçün çox faydalıdır. Gündə iki qədəh şərab erkən ölüm riskini azaldır.
Bizimyol.info xəbər verir ki, "The Independent” qəzetində 15 illik tədqiqatın nəticələri yazılıb. Mütəxəssislər bu müddətdə yaşı 90-ı keçmiş 1700 nəfərin rasionunu, vərdişlərini, səhhətini müşahidə ediblər. Məlum olub ki, gündə təxminən iki qədəh çaxır içənlər digərlərinə nisbətən orta hesabla 18 faiz çox yaşayır.

Bundan başqa, ömrün uzunluğuna fiziki fəallıq da təsir göstərir. Yəni təkcə şərab içməklə məsələ həll olunmur. Gündə 15-45 dəqiqəlik fiziki hazırlıq erkən ölüm riskini 11 faiz azalda bilər. Əlbəttə, fiziki hazırlıq zamanı da sərhədləri aşmaq olmaz.

Загрузка...

Xəbər lenti