İnkassatorun sürücüsü 3,4 milyon avro ilə birlikdə yoxa çıxıb

İnkassatorun sürücüsü 3,4 milyon avro ilə birlikdə yoxa çıxıb
Fransanın paytaxtı Parisdə inkassatorun sürücüsü içərisində 3,4 milyon avro olan avtomobillə yoxa çıxıb.
"Ölkə.Az” xəbər verir ki, bu barədə yerli BFMTV telekanalı məlumat yayıb.

Xəbərə əsasən, "Loomis” şirkətinə məxsus inkassator avtomobili Obervile kommunasına gəlib. Əməkdaşlardan ikisi maşındakı pulların bir qismini götürərək "Western Union”un yerli şöbəsinə daxil olublar. Geri qayıtdıqda isə sürücünün avtomobillə birlikdə yoxa çıxdığını görüblər.

Bir neçə saatdan sonra xüsusi nəqliyyat vasitəsi aşkar edisə də, içərisində pullar olmayıb.
28 yaşlı sürücünün daha əvvəllər də polisə tabe olmadığı üçün məsuliyyətə cəlb olunduğu vurğulanıb.

Qeyd edək ki, "Loomis” şirkətində 2009-cu ildə də oxşar hadisə baş verib.

Загрузка...

Xəbər lenti