Çimərlikdə kişini bıçaqlayıb 2 min avrosunu apardılar - BAKIDA

Çimərlikdə kişini bıçaqlayıb 2 min avrosunu apardılar - BAKIDA
Şüvəlan çimərliyində insident olub.

C.Bədəlov adlı şəxs dənizdə çimərkən sahildə olan paltarlarının cibindən pul oğurlandığının şahidi olub.

Oğurluq etmək istəyənlərə yaxınlaşan zaman iki nəfər naməlum şəxs C.Bədəlova bıçaqla xəsarət yetirərək onun cibində olan 2000 avro pulunu götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.
(report)

loading...

Xəbər lenti