"İlin ən yaxşı idmançıları" mükafatlandırıldı - FOTO

Autizmlilərin İdman Klubu İctimai Birliyi 2018-ci ilin yekunlarına dair hesabat tədbiri keçirib.

Autizmlilərin İdman Klubu İctimai Birliyi mətbuat xidmətindən Panorama.az-a verilən məlumata görə, tədbirdə bir sıra dövlət özəl, idman qurumları və ictimaiyyətin tanımış nümayəndələri iştirak ediblər.

İl ərzində nəticə göstərən Autizmli idmançılar mükafatlandırılıb. "İlin ən yaxşı idmançıları", "İlin ən yaxşı təlimçiləri" və il ərzində Autizm klublarına dəstək olan qurumlara diplomlar təqdim edilib. Digər Autizmli uşaq və gənclərə hədiyyələr verilib. Tədbir yeni il şənliyi ilə davam edib.
 



Загрузка...

Xəbər lenti