Hərbi hospitalın qarşısındakı metro stansiyanın adı ilə bağlı açıqlama

Hərbi hospitalın qarşısındakı metro stansiyanın adı ilə bağlı açıqlama
Sosial şəbəkələrdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaxınlığında açılacaq yeni metrostansiyaya ad verilməsi ilə bağlı məsələlər müzakirə olunur.
Bizimyol.info xəbər verir ki, sosial şəbəkə istifadəçiləri öz mülahizələrini irəli sürüblər. Adları hallanan şəxslər daha çox şəhid olan hərbçilərin adları olub.

Mövzu ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov belə bir səlahiyyətin onlara məxsus olmadığını bildirib: "Metro stansiyalara ad vermək yalnız Nazirlər Kabinetinin səlahiyyətindədir. Nazirlər Kabineti yanında adların verilməsi ilə bağlı komissiya var. Onlar müzakirə edirlər".

loading...

Xəbər lenti