Həbs xəbəri yayılan sabiq başçı danışdı: “Necə tutublar ki...”

Həbs xəbəri yayılan sabiq başçı danışdı: “Necə tutublar ki...”
Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun həbs edilməsi ilə bağlı xəbərlər yayılıb.

Yenicag.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün Raqub Məmmədovla əlaqə saxlayıb.

Sabiq icra başçısı telefon zənginə özü cavab verərək yayılan xəbəri gerçəyi əks etdirmədiyini bildirib:

"Mən necə həbs olunmuşam ki, sizinlə telefonda danışıram? Bu xəbərləri kimlər və hansı məqsədlə yayır bilmirəm. Ancaq yayılanlar və yazılanlar hamısı gerçəyi əks etdirmir”.

Qeyd edək ki, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov 6 iyun 2018-ci il tarixində prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Xəbər lenti