Həbib FANTASTİK TƏKLİF qarşısında dayana bilmədi: 50 Sent Dağıstana gəlir

Həbib FANTASTİK TƏKLİF qarşısında dayana bilmədi: 50 Sent Dağıstana gəlir
Qarışıq döyüş növünün azarkeşi kimi məşhur olan amerikalı məşhur reper Kertis Cekson (50 Cent ) rusiyalı idmançı Həbib Nurməhəmmədovun UFC-dən başqa döyüş liqasına - "Bellator”a keçidini müzakirə etmək üçün Dağıstana gələcək.

Publika.az RBK agentliyinə istinadən xəbər verir ki, bu haqda Ceksonun özü bildirib.

"Mən Nurməhəmmədovun təklifini qəbul edirəm və Dağıstanda onunla, onun komandası ilə görüşməyə hazırlaşıram”, - Cekson İnstaqram hesabında yazıb.

Qeyd edək ki, reper rusiyalı idmançıya UFC-dən "Bellator”a keçməyi təklif edib. Bunun müqabilində rusiyalı idmançıya 2 milyon dollar ödəməyə hazır olduğunu bildirib. Nurməhəmmədov cavabında görüş yerini təyin etməyi xahiş edib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Загрузка...

Xəbər lenti