Gömrük Komitəsindən təklif: 20 min manata qədər qaldırılsın

Gömrük Komitəsindən təklif: 20 min manata qədər qaldırılsın
Azərbaycan Dövlət Gömrük Komitəsi qaçaqmalçılıqla bağlı nəzərdə tutulan cəzada dəyişiklik edilməsini təklif edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, təklifə əsasən, Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsində nəzərdə tutulan külli miqdarda hesab edilən məbləğ artırılır.

Belə ki, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə (Narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələr və qurğular, hərbi silah və texnika, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatı, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahları, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materiallar və avadanlıqlar, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammal, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar istisnadır) malların və digər əşyaların külli miqdarda (4 min manatdan yuxarı olan məbləğ) keçirilməsinə görə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dövlət Gömrük Komitəsi maddədə nəzərdə tutulan külli miqdar hesab edilən 4 min manatın 20 min manata qaldırılmasını təklif edir. Komitə təklifini hökumətə təqdim edib.
Загрузка...

Xəbər lenti