Girovla kreditlər niyə artır? (ŞƏRH)

Girovla kreditlər niyə artır? (ŞƏRH)
Son aylarda girovla götürən kreditlərin həcmi sürətlə artır.

Kommersiya banklarının bu yolla kredit vermə səbələrini iqtisadçı-ekspert Rəşad Həsənov EkoNews-a şərh edib:

"Qızıl girovu ilə verilən kreditləri adətən alternativ maliyyə kanalı olmayan və kredit portfeli azalan banklar təklif edirlər. Bu halda faizlər daha çox olur. Bundan başqa lombardlarda belə kreditlər 40-45 fazilə təklif edilir".

Ekspert qızıl girovu ilə kreditləri əsasən özəl işlərdə çalışıb, gəlirlərini təsdiq edə biləcək sənədlərlə problemi olanların götürdüyünü bildirib:

"Vətəndaş özəl işlə məşğuldur və qazancı var. Kredit götürərkən tələb olunan sənədlər isə yoxdur. O, gedib deyə bilmir ki, "qanunsuz yolla işləyirəm, amma ayda 2 min manat qazanıram, mənə kredit ver" və s. Bu kimi səbəblər kredit götürənə ən sərfləi yer kimi lombardları işarə edir. Bu məsələdə qanunda da boşluqlar var”.
Загрузка...

Xəbər lenti