Generalın qardaşı rəis təyin edildi

Generalın qardaşı rəis təyin edildi
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə yeni rəis təyin olunub.

APA-nın xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyev işdən azad olunaraq, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib.

4-cü Polis Şöbəsinin rəisi polis polkovniki Etibar Balakişiyev isə DİN Baş Kadrlar İdarəsinin sərəncamına verilib.

Qeyd edək ki, Rahib Mirzəyev DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.
Загрузка...

Xəbər lenti