Futbolçular avtobus itələməli oldu - BAKIDA

Futbolçular avtobus itələməli oldu - BAKIDA
Dünən futbol üzrə Azxərbaycan çempionatının V turu çərçivəsində keçirilən "Zirə"-"Neftçi" oyunundan sonra maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, "Dalğa Arena"da keçirilən qarşılaşmadan sonra "Zirə"nin avtobusu işə düşməyib. Bu səbəbdən də komandanınfutbolçuları və texniki heyət üzvləri avtobusu itələməli olub. Bir qədər itələdikdən sonra avtobusun mühərrikini işə salmaq mümkün olub.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.


Xəbər lenti