"Fevralın 1-dən sahibkar heç bir gömrük məmurunu görməyəcək" - Komitə sədri

Fevral ayının 1-dən etibarən ixrac malları üçün minimum qiymətin müəyyənləsdirilməsi sahibkarın səlahiyyətində olacaq.
 
Panorama.az modern.az-a istinadla xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

S.Mehdiyev qeyd edib ki, sahibkar hər hansı məhsul üçün özü istədiyi qiyməti müəyyən edəcək:

"Bu cənab Prezidentin tapşırığıdır ki, gömrük xidmətinin əməkdaşları qiymət siyasətinə qarışmayacaq. Sahibkar satmaq istədiyi məhsulu özü müəyyən etdiyi qiymətlə müqaviləyə əsasən bəyan edəcək. Növəbti aydan etibarən sahibkar heç bir gömrük məmurunu görməyəcək. Bütün proseslər tam elektronlaşdırılacaq. Sahibkar öz anbarında özü bəyan edəcək, gömrük plomplarını vuracaq. Yalnız risklərin idarə edilməsi məqsədilə gömrük əməkdaşları sahibkarların 100 nəqliyyat vasitəsindən birinə baxış keçirəcək. Qanun pozuntusu yoxdursa, nəqliyyat vasitəsi yaşıl dəhlizin iştirakçısı kimi yoluna davam edəcək. Yox, əgər hər hansı problem olacaqsa, qanunvericilik qarşısında cavab veriləcək. Əminliklə deyirəm ki, minimum qiymət müəyyənləşdirilməsilə bağlı problem öz həllini tapıb. Fevralın 1-dən etibarən gömrük orqanları ixracla bağlı qiymət məsələsinə qarışmayacaq".

Загрузка...

Xəbər lenti