Facebookla bağlı şok məlumat: "Hər kəs bilir, amma..."

Facebookla bağlı şok məlumat:
Dünyada ən çox istifadə edilən sosial şəbəkə saytı Facebook istifadəçi şifrələrinin mətn məlumatlarında saxlanıldığını açıqlayıb.

Panorama.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Facebook rəhbərliyi istifadəçi şifrələrinin məlumatlar bazasında olduğunu, lakin bunun gizli saxlanıldığını bildirib.

Açıqlamada deyilir ki, bu məlumatların kənar müdaxilələrlə ələ keçirilməsi mümkün deyil.

Facebook əməkdaşlarının bu gizli məlumatlardan pis məqsədlər üçün istifadə etməsinə dair sübutun olmadığı da diqqətə çatdırılıb.

"Krebs on Security” adlı bloq səhifəsində Facebookun 600 milyona yaxın sosial şəbəkə istifadəçisinin şifrəsinin uzun illərdir mətn məlumatlarında saxlanıldığı bildirilmişdi.

Məlumatda istifadəçi şifrələrinin Facebook komandasında işləyən hər bir kəs üçün açıq olduğu iddia olunmuşdu.

loading...

Xəbər lenti