“Facebook”dan nəhəng layihə: 2020-ci ilə qədər planlaşdırılır

“Facebook”dan nəhəng layihə: 2020-ci ilə qədər planlaşdırılır
2020-ci ilin sonunadək "Facebook” şirkəti bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək niyyətindədir.

Panorama.az ICTnews-a istinadən xəbər verir ki, şirkət bununla da fəaliyyəti ilə bağlı yaranan istixana qazları tullantılarını 75% azaltmağı planlaşdırır.

Hazırda "Facebook” dünyada bərpa olunan mənbələrdən əldə edilən enerji üzrə ən böyük korporativ alıcılardan biridir. Məsələn, 2013-cü ildən şirkət külək elektrik stansiyalarında 3 QVt-dan çox enerjinin hasil edilməsinə dair müqavilələr imzalayıb.

Bundan başqa, şirkət öz məlumat mərkəzlərinin yerləşdiyi ərazilərdə külək və günəş enerjisinin inkişaf etdirilməsi layihələrini dəstəkləyir.


Xəbər lenti