"Facebook" bu ölkədə mərkəz açır

"Facebook" yeni məlumat mərkəzi üçün məkanı Sinqapurda seçib.
 
İnsider.az bbc-yə istinadən xəbər verir ki, mərkəzin 2022-ci ildə açılması nəzərdə tutulur.

Qeyd edək ki, 1 milyard dollar başa gələcək mərkəz ölkənin qərbində yerləşəcək. Həmçinin 11 mərtəbəli binada yerləşəcək mərkəzin ərazisi 170,000 kvadrat metr olacaq.

Proqnozlara əsasən, mərkəz  yüzlərlə yeni iş yerinin açılmasına səbəb olacaq.


Xəbər lenti