Çernobıl xilasedicisi faciə haqda seriala baxandan sonra intihar etdi

Çernobıl xilasedicisi faciə haqda seriala baxandan sonra intihar etdi
Çernobıl Atom Elektrik Stansiyasındakı partlayışdan sonra ora ilk yollanan xilasedici qruplardan birinin üzvü həyatına son qoyub. Qazaxıstanda yaşayan Naqaşibay Jusupov intihar edib.

Panorama.AZ bizimyol-a istinadən xəbər verir ki, qızı atasının məşhur "Çernobıl” serialına baxandan sonra həyatla vidalaşmaq qərarına gəldiyini iddia edir. Dediyinə görə, atası mini-serialı göz yaşları içində izləyib, həmin hadisələri xatırlayaraq bir daha sarsılıb.

Aktyubinsk Çernobıl əlilləri ictimai birliyinin rəhbəri Bakitjan Satov bildirir ki, Jusupov elektrik stansiyasının dördüncü blokunda işləyib. Xilasedici ağır şərtlər altında yaşayırmış. Uzun illər mənzil növbəsində olub, amma arzusuna çatmayıb. Çernobıldan qayıdandan sonra güclü başağrıları olurmuş. Bəzən küçədə getdiyi yerdə yıxılırmış.

"Çernobıl” serialı 1986-cı ildəki faciəyə həsr olunub. Mayın 6-da ekranlara çıxıb.

loading...

Xəbər lenti