"Ermənistanda nə qədər əsirlərimiz var, axı necə erməni müğənnisinə qulaq asa bilərik?" - Vahid Əhmədov

Milli Məclisin deputatı Vahid Əhmədov erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək "Jara-2018” adlı festivalına gətirilməsinə münasibət bildirib. 

 

Vahid Əhmədov Demokrat.Az-a açıqlamasında deyib ki, erməni müğənninin Azərbaycana gəlməsinə imkan verilməsi düzgün deyil:

 

"Mən bu cür addımları qəbul etmirəm. Çünki Ermənistan bizimlə düşmənçilik aparır, bizə düşməndir. Necə ola bilər ki, düşmən dövlət Azərbaycan torpaqlarını işğal edir, əhalimizi öldürür, ancaq biz erməni müğənnisini Bakıda konsertə gətiririk? Mən erməni müğənnini Bakıya gətirən və konserti təşkil edən təşkilatçıya çağırış edirəm ki, bu qədər gərginlik yaratmasınlar". 

 

Deputat qeyd edib ki, erməni müğənninin Azərbaycana gəlib-gəlməməsinin heç bir əhəmiyyəti yoxdur:

 

"Onun bura gəlməsi bizim üçün o qədər də maraqlı deyil. Ancaq mətbuatdan və sosial şəbəkələrdən də şahid oluruq ki, erməni müğənninin Bakıya gəlməsinə etirazlar böyükdür. Mən də bir azərbaycanlı olaraq buna etiraz edirəm. Düşünürəm ki, Zaranın Azərbaycana gəlməsinə ehtiyac yoxdur. Ümumiyyətlə, bu cür hərəkətlərlə milləti qıcıqlandırmaq olmaz. Kimsə iş adamı olaraq vəsait qazanmaq istəyirsə, bu o demək deyil ki, ermənini Azərbaycana dəvət etmək lazımdır. İndi bizim Ermənistanda nə qədər əsirlərimiz var. Axı necə erməni müğənnisini bura gətirib ona qulaq asa bilərik? Gərək bu tərəfini də düşünmək lazımdır. Bu həm də siyasi məsələdir. Ona görə də məsələyə geniş yanaşmaq lazımdır".

 
Загрузка...

Xəbər lenti