Ərdoğandan SON DƏQİQƏ dollar açıqlaması: "Yastığının altında qızılı olan varsa..."

Ərdoğandan SON DƏQİQƏ dollar açıqlaması:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə lirəsinin kursunun dollar qarşısında bahalaşmasına dair açıqlama verib.

Panorama.az publika.az-a istinadla xəbər verir ki, Ərdoğan xalqı narahat olmamağa çağırıb:

"Dollar-mollar bizim yollarımızı kəsməz, heç narahat olmayın. Buradan təkrar söyləyirəm, yastığının altında qızılı, qiymətli kağızları olan varsa, onu nəğdə çevirsin. Bu, yerli və milli bir mübarizədir. Bizə qarşı iqtisadi müharibə elan edənlərə mənim millətimin cavabı bu olacaq. Bu gün deyil də, nə zaman? Yerli pulumuzla onlara cavab verək!".

Qeyd edək ki, ABŞ Türkiyədə həbsdə saxlanılan amerikalı rahib Endryu Bransonun ittiham edilməsində payı olan Türkiyənin daxili işlər və ədliyyə nazirinə qarşı sanksiya tətbiq edib, həmçinin Türkiyə iqtisadiyyatına zərbə vuracaq işlər görüb.
Загрузка...

Xəbər lenti