Çempionlar Liqasındakı bütün rəqiblərimiz müəyyənləşdi

Çempionlar Liqasındakı bütün rəqiblərimiz müəyyənləşdi
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq "Araz” futzal klubunun sonuncu rəqibi də müəyyənləşib.

Publika.az xəbər verir ki, ilkin qrup mərhələsi çərçivəsində keçirilmiş oyunda "Veles”lə qarşılaşan və 8:5 hesabı ilə qələbə qazanan "Valletta” yekunda birinci yeri tutub və əsas mərhələyə vəsiqə qazanıb.

Beləliklə əsas mərhələdə 8-ci qrupda mübarizə aparacaq "Araz” "Luçenec” (Slovakiya), "Vytis” (Litva) və "Valletta” (Malta) komandaları ilə üz-üzə gələcək.

Oyunlar oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.

Xəbər lenti