Əməkdar artistin biznesmen bacısı oğlunu öldürən şəxslə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

Əməkdar artistin biznesmen bacısı oğlunu öldürən şəxslə bağlı GÖZLƏNİLMƏZ QƏRAR
Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı 54 yaşlı Mətləb İmaməlini (Kərimov) avtomobillə vurub öldürən sürücü sərbəxt buraxılıb.

4 gün əvvəl Antalyanın Alaniya bölgəsində 16 CNP 81 nömrə nişanlı avtomobillə yolu keçməyə çalışan azərbaycanlı biznesmen Mətləb İmaməlini vurub öldürən 34 yaşlı sürücü Mehmet U. polis tərəfindən saxlanılaraq məhkəməyə təhvil verilib. Lakin məhkəmə sürücünün nəzarət altında olmaqla sərbəst buraxılmasına qərar verib.

Bildirilir ki, uzun illərdir Türkiyədə yaşayan və bu ölkənin vətəndaşlığını qəbul edən Mətləb İmaməli qəza zamanı zərbədən xeyli kənara düşüb. O, təcili yardım maşını ilə Antalyadakı "Alaaddin Keykubat" Universitetinin klinikasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, vəfat edən iş adamı mərhum Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru olmuş Məcnun Hacıbəyovun bacısı oğludur./publika.az

Xəbər lenti