“Çelsi”nin futbolçusu “Fənərbaxça”da - FOTO

“Çelsi”nin futbolçusu “Fənərbaxça”da - FOTO
İngiltərənin "Çelsi” klubu futbolçusu Viktor Mozesi icarəyə verib.

Oxu.Az xəbər verir ki, Nigeriya millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək. 

28 yaşlı futbolçu 1,5 illik icarə əsasında İstanbulun "Fənərbaxça” klubunda çıxış edəcək.

Qeyd edək ki, Viktor Mozes 2012-ci ildə "Uiqan”dan "Çelsi”yə keçib. O, italiyalı Antonio Kontenin vaxtında daimi müdafiənin sağ cinahında oynamaq şansı əldə etsə də, Mauritsio Sarrinin gəlişindən sonra ehtiyatda qalırdı.

Загрузка...

Xəbər lenti