Elman Rüstəmov istefa xəbərindən danışdı

Elman Rüstəmov istefa xəbərindən danışdı
"Mən postumdayam və fəaliyyətimi davam etdirirəm, media nümayəndələrinə müraciət edirəm ki, rəsmi məlumatlara istinad etsinlər. Mən bu gün sizin qarşınızda Mərkəzi Bankın sədri kimi çıxış edirəm.
Bizimyol.info-nun məlumarına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında vəzifəsindən istefa verməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

Elman Rüstəmov prezidentin keçirdiyi islahatlardan, real sektorla bank sektoru arasında problemlərdən, həmçinin kredit fazilərinin düşməsindən danışıb. "Banklarda ucuz kredit resursları yoxdur.Mərkəzi Bank banklara yalnız likvidlik üzrə , hesablaşmalar aparmaq üçün vəsait verir, kredit vermir”. Kredit faiz dərəcələrinin yüksək olması barədə sualı cavablandıran Rüstəmov qeyd edib ki, banklar riskləri bank faizinə əlavə etdikləri üçün faiz dərəcələri yüksək olur və bu normaldır.

loading...

Xəbər lenti