Əliyev-Paşinyan görüşü barədə: "Razılaşma yoxdur, amma…"

Əliyev-Paşinyan görüşü barədə:
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə dövlət başçılarının görüşü razılaşdırılmayıb.

Panorama.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tiqran Balayan deyib.

Onun sözlərinə görə, hələlik ATƏT-in Minsk qrupundan da belə bir təklif gəlməyib:

"Prezidentlərin görüşü barədə heç bir razılaşma yoxdur. Ermənistan baş naziri və Azərbaycan prezidenti arasında keçirilməsi ehtimal edilən görüş münaqişənin birdəfəlik həll ediləcəyi demək olmayacaq, amma prosesə təkan verəcək".

Xəbər lenti