Eldar Əzizov şöbə müdirini işdən çıxardı

Eldar Əzizov şöbə müdirini işdən çıxardı
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının Aparatında struktur dəyişikliyi və yeni kadr təyinatı olub.

Panorama report-a istinadən xəbər verir ki, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradılıb.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə həmin şöbənin müdiri vəzifəsinə Elmin İmanov təyin edilib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə yeni vəzifəyə təyinat almayıb.

Загрузка...

Xəbər lenti