Əhmədinejad Ruhanini istefaya çağırdı

Əhmədinejad Ruhanini istefaya çağırdı
İranın sabiq prezidenti Mahmud Əhmədinejad hazırkı prezident Həsən Ruhanini istefa verməyə çağırıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, dünən sosial şəbəkə hesabında canlı yayım edən eks-prezident xalqın mövcud rejimə heç bir güvəninin qalmadığı fikrini irəli sürərək, Ruhaniyə müraciət ünvanlayıb.

"Bunu anlamağınız üçün fikrimi necə ifadə etməliyəm? Prezident vəzifəsində qalmağınız həm ölkənin, həm də şəxsinizin zərərinədir. Xalqın məmnuniyyətini qazanmalısınız. Bəlkə də bunun ən yaxşı yolu prezident vəzifənizi davam etdirməməyinizdir", - deyə o, bildirib.

Əhmədinejad ölkənin iqisadi vəziyyətindən də söz açıb:

"Ruhani anbar və xəzinənin boş olduğunu, hökumətin isə borclu olduğunu söyləyib. Bu sözlərin heç biri doğru deyil. Bu qədər zaman keçib və hazırda 5 illik iqtisadi depressiyanın ölkəyə söykədildiyinin şahidi oluruq".

Qeyd edək ki, İran iqtisadiyyatı ağır günlər keçirir. Bahalılıq və hökumətin atdığı addımlar səbəbindən ötən ilin dekabrında Məşhəd, Kaşmir və Tehran başda olmaqla ölkənin bir çox şəhərlərində əhali etiraz aksiyaları keçirib.

ABŞ-ın nüvə sazişinindən çəkilməsindən sonra isə vəziyyət daha da gərginləşib. Əhali böyük şəhərlərin bazarlarına gedərək, qiymətlərin artması ehtimalına qarşı lazımlı məhsullardan alaraq azuqə yığmağa başlayıb.

Xatırladaq ki, İran parlamentinin sədr müavini Məsud Pazişkiyan iyul ayında iqtisadi böhranın dərinləşməsi səbəbindən ölkədə fövqəladə vəziyyət elan edilməli olduğunu söyləmişdi.
Загрузка...

Xəbər lenti