DYP sürücüləri 31 milyon manat cərimələyib

DYP sürücüləri 31 milyon manat cərimələyib
2018-ci ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanan inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 1619,7 min olub.
 
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xətaların 50,3 faizi yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox), 13,9 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (52,6 faiz çox), 12,4 faizi dayanma və ya durma qaydalarının pozulması (15,5 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,5 faiz çox), 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (56,5 faiz çox), 3,0 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,7 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. 

Qaydaların pozulmasına görə 34,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Загрузка...

Xəbər lenti